Müəllim otağı Balacalar üçün Ş a g i r d T e s t Physics   help Anketa

muellif:M.Bashirov -

  Maqnit sahəsi.


Cərəyan axan məftilin cabit maqnitə təsirini ilk dəfə Ersted müşahidə etmişdir.Cərəyan axan məftilin ətrafında maqnit sahəsi yarandığından yaxındakı sabit maqniti cəzb edir və ya itələyə bilir. Cərəyanın istiqamətindən asılı olaraq maqnitlər düzülmə istiqamətini dəyişir.


Maqnit sahəsihdə yerləşdirilmiş cərəyanlı naqilə təsir edə qüvvə Amper qüvvəsi adlanır.
F = BJLSin(a)

B - maqnit sahəsinin induksiyası,J - cərəyan şiddəti,L - naqilin uzunluğu,a - maqnit sahəsinin induksiyası ilə cərəyan şiddət istiqaməti arasındakı bucaqdır.


Maqnit sahəsihdə yerləşdirilmiş cərəyanlı naqilə təsir edə qüvvənin istiqaməti Sol əl qaydası ilə təyin olunur.
Sol əl elə tutulurki, maqnit induksiyasının cərəyan istiqamətinə perpendikulyar toplananı ovcumuza daxil olsun:dörd barmaq cərəyan istiqamətində olsun : onda 90o açılməş baş barmaq Amper qüvvəsinin istiqamətini göstərəcəkdir.

Maqnit sahəsinin induksiya vektoru sahədə yerləşdirilmiş metal çərçivəyə təsir edən qüvvə momentinə görə təyin olunur.
B = M / JS

M-qüvvə momenti,J-cərəyan şiddəti,S- çərçivənin en kəsik sahəsidir.

   Davam et >>>

Biz Sizlərə kömək etməyi şərəf hesab edirik.

Müəllim otağı Balacalar üçün Ş a g i r d T e s t Physics   help Anketa
Web dizayn-M.Bəşirov. 18.04.2003.e-mail : mbashirov@mail.ru


Hosted by uCoz