|
  Qrafik
məsələlərin həlli
- Iki müqavimət üçün cərəyan
şiddətinin gərginlikdən asılılığı
verilib.Ümumi müqavimətləinin 3 Om olduğunun
bilərək,onları necə birləşdiyini tapın.
Om qanununa görə I naqilin müqaviməti
R = U / J =2/1=2 Om,II naqilin
müqaviməti R = U / J = 2/2=1 Om olacaq.Yekun müqavimət 3Om
olduğundan müqavimətər ardıcıl birləşibdir.
- Iki müqavimət üçün cərəyan
şiddətinin gərginlikdən asılılığı
verilib.Dövrədə cərəyan şiddəti
2 A olarsa,AC hissəsində gərginliyi tapın.
Om qanununa görə I naqilin müqaviməti
R = U / J =4/1=4 Om,II naqilin
müqaviməti R = U / J = 4/2=2 Om olacaq.AC hissəsinin
müqaviməti R = 4 + 2 = 6 Om olar. AC hissəsində gərginliyi
U = 6x2=12 V olacaq.
- Iki paralel birləşmiş müqavimət üçün
cərəyan
şiddətinin gərginlikdən asılılığı
verilib. Gərginliyin 2 V olduğunu bilərək
budaqlanmayan hissədə cərəyan
şiddətini tapın.
Özünüz həll edin.
- Voltmetrin göstərişini tapın6 V, R1=1 Om,
R2=R3=4
Om olarsa,ampermetrin göstərişini tapın.
R2 və R3 paralel qoşulduğundan
R23=4/2=2 Om olar.
Yekun müqavimət R= 2+1=3 Om olacaq. Om qanununa görə
J=U/R=6/3=2 A olacaq.
- Ampermetrin və (V1) voltmetrinin göstərişini
tapın
R1=1,5 Om, R2=2 Om,
R3=4 Om. (V) Voltmetrinin göstərişi 4 V-dur.
R2 və R3 paralel qoşulduğundan
R23=4x2/(4+2)=8/6=4/3 Om olar.
Bu hissədən axan cərəyan şiddəti
J=U/R=4/(4/3)=3 A olacaq.onda
R1 müqavimətindən axan cərəyan
şiddətinə görə
gərginlik U=JR=3X1,5=4,5 V olur.
|