|
Məsələ 1. Cisim koordinat başlanğıcından 200 m məsafədə OX oxunun əksinə 5 m/san sürətlə
hərəkətə başlayır.Nə qədər vaxtdan sonra cisim koordinat başlanğıcından keçər?
Məsələ 2. Cisim koordinat başlanğıcından 100 m məsafədə OX oxu istiqamətdə 20 m/san sürətlə
hərəkət edir.Neçə saniyə əvvəl cisim koordinat başlanğıcında olmuşdur?
Məsələ 3. Iki cisim koordinat başlanğıcından 50 m və 150 m məsafədə OX oxunun əksinə 5 m/san və 9 m/san.
sürətlə hərəkət edirlər.Cisimlər nə qədər vaxtdan sonra görüşər?
Məsələ 4. Cisim koordinat başlanğıcından 200 m məsafədə OX oxunun əksinə 5 m/san sürətlə
hərəkətə başlayır.Nə qədər vaxtdan sonra cisim koordinat başlanğıcından keçər?
Məsələ 5. Cisim 2 m/san2 təcillə hərəkətə başlayır.
Nə qədər vaxtdan sonra cisim 36 m yol gedər?
Məsələ 6. Kütləsi 500 q olan cismə 2 N qüvvə təsir edir.Nə qədər vaxtdan sonra cisim 20 m/san
sürətə malik olar?
Məsələ 7. Kütləsi 2 kq olan cisim 2 N sürtünmə, 5 N dartı qüvvəsinin təsiri ilə düz xətli hərəkət edir.
Cismin təcilini tapın.
Məsələ 8. Cisim qarşılıqlı perpendikulyar olan 3 N və 4 N qüvvənin təsiri ilə
hərəkət edir.Cismin təcilini tapın. m=0,5 kq.
Məsələ 9. Uzunluğu l olan nərdivan üfüqlə α bucaq altında divara söykənib. Nərdivanla döşəmə əarasında sürtünmə əmsalı μ – dür. Nərdivanın kütlısini nəzərə almadan, adam nərdivana nə qədər çıxdıqda, o sürüşər?
Məsələ 10. Şaquldan α bucağı qədər meyl etdirilib buraxılan riyazi rəqqas, tarazlıq vəziyyətindən v sürəti ilə keçir. Rəqqasın rəqs periodunu tapın
Məsələ 11. M kütləli silindirik formada olan qabın hündürlüyü H, oturacağın sahəsi S– dır. İçərisində sıxlığı ρ olan qum tökülür. Asqı nöqtəsindən vedrənin dibinə kimi məsafə l – dir. (l>>H). Vedrənin rəqslərinin priodunun qumun hündürlüyündən asılılığını tapın
Məsələ 12. Kütlələri m1 və m2 olan cisimlər, sərtlik əmsalı k olan yay vasitəsi ilə birləşdirib, üfüqi vəziyyətdə qoyulub. Sistemin rəqs periodunu tapın
Məsələ 13. Həcmi V=0,2sm3 olan şüşə kürə bərabərsürətlə suda düşür h=6m dərinliyə düşənə qədər nə qədər istilik ayrılar?
Məsələ 14. a uzunluqlu riyazi rəqqasın rəqs periodu T1, b uzunluqlu riyazi rəqqasın rəqs periodu T2 – dir. a+b uzunluqlu riyazi rəqqasın rəqs periodunu tapın.
Məsələ 15. Sərtlik əmsalları k1 və k2 olan yayları ardıcıl və paralel qoşduqda rəqs periodları necə fərqlənər?
Məsələ 16. Kütləsi M olan, radiusu R olan bircins silindir mərkəzindən keçirilən üfüqi ox ətrafında fırladıla bilir. Silindirə aşırılmış çəkisiz ipdən P yükü asılmışdır. t=0 anında y=0 – dır. silindirin dönmə bucağının zamandan asılılığını tapın
Məsələ 17. m kütləli cisim H yüksəklikdən mail müstəvi boyu sürüşərək, sonda qoyulan maneə ilə mütləq elastik toqquşur, nəticədə periodik hərəkət yaranır. Cismin rəqs peridunu tapın
Məsələ 18. Yayı 2 qatlasaq, ondan asılan cismin rəqs periodu necə dəyişər?
Məsələ 19. v0 sürəti ilə şaquli h yüksəkliyə qalxan su şırnağının en kəsiyi necə dəyişər?
Məsələ 20. Hansı hündürlükdə fəvvarənin en kəsiyi su şırnağının çıxdığı yerdə en kəsikdən K dəfə böyük olacaq? Fəvvarənin borudan çıxma sürəti v- dir.
Məsələ 21. m kütləli cismin potensial enerjisi W(x)=αx2+βx+c ilə verilmişdir. Cismin tarazlıq vəziyyətindən keçdiyi anda təcilini tapın.
Məsələ 22. Süni peykin yeri tərk etməsi üçün tələb olunan sürəti tapın. (ΙΙ kosmik sürət).
Məsələ 23. Sferik çuxurda onun divarlarında eyni üfüqi vəziyyətdə yerləşmiş nöqtələrə dəyərək sıçrayır. Soldan sağa hərəkət müddəti T1, sağdan sola hərəkət müddəti T2-dir. Çuxurun R radiusunu tapın. Zərbələr mütləq elastikdir.
Məsələ 24. Yerdən burularaq sabit v sürəti ilə şaquli yuxarı atılmağa çalışan kobranın yerə təzyiq qüvvəsini tapın. Kobranın uzunluğu l – dir.
Məsələ 25. Şaquli istiqamətdə v sürəti ilə buraxılan süni peyk Yer səthindən hansı məsafəyə uzaqlaşar?
Məsələ 26. Mayenin səthi gərilmə əmsalının təyini üçün kapilyardan ayrılan damcıların sayını (318) və çəkisini tapırlar (5a). Kapilyarın diametri d = 0,7 mm . Mayenin səthi gərilmə əmsalını təyin edin.
Məsələ 27. Kütləsi m olan cismə t=0 anından 30° bucaq altında F=bt qüvvəsi təsir edir (b)=1N/s. sürtünmə əmsalı μ olarsa (μ=0,1) təcilin zamandan asılılığını tapın.
Məsələ 28. Taxtanın bir üzü hamar, digər üzü isə dığırdır. Nahamar səthi üzrə mail müstəvi üzrə qoyduqda sürüşmə ərəfəsində olur. Μ=0,2 – dir. Yaxtanın hamar səthi üzrə qoysaq hansı təcillə sürüşər?
Məsələ24. Yarıya qədər suya batmış kürə, qabın dibinə ağırlıq qüvvəsinin 1/3 ilə təsir edir. Kürənin sıxlığını tapın.
Məsələ 29. Uzunluğu l olan çubuq cisim ρ sıxlığa malik olub sıxlıqlara ρ1 və ρ2 olan mayeyə salınıb ρ1 sıxlıqlı mayenin hündürlüyü h1 olarsa, çubuğun şaqulla əmələ gətirdiyi bucağı tapmalı.
Məsələ 30. Kütlələrinin nisbəti m2/m1=n olan 2 cisim radiusu R olan yarımsferanın kınarlarında eyni üfuqi vəziyyətdədirlər. Cisimlər sürüşüb mütləq qeyri-elastiki toqquşur. Zərbədən sonra cisimlərin qalxa biləcəyi maksimal hündürlüyü tapmalı
Məsələ 31. Kütləsi m=1q olan cisim sürətlə, uçaraq mütləq qeyri – elastiki olaraq m2=2q kütləli v2=2i+3j sürətlə hərəkət edən cisimlə toqquşur. Yaranan hissəciyin impulsunu tapın.
Məsələ 32. Hissəcik XOY müstəvisində r1 radius vektorlu nöqtədən r2 radius vektorlu nöqtəyə hərəkət edir. r1=i+j, r2=2i+3j Bu zaman cismə təsir edən qüvvələrdən biri F=3i+4j kimidir. Bu qüvvənin işini təyin edin.
Məsələ 33. Ardıcıl qoşulmuş sərtlikləri k1=300N/m və k2=500N/m olan yaylar elə dartılır ki, ikinci yayın dartırılması x2=3sm olsun. Yayların dartırılmasında işi təyin edin.
Məsələ 34. Hisssəciyə təsir edən qüvvəsi ilə o koordinatını (1,2,3) dən (7,8,9) dəyişir. Qüvvənin gördüyü işi tapın.
Məsələ 35. l uzunluqlu sapdan M kütləli cisim asılıb (ballistik rəqqas) kütləsi m olan güllə cismə dəyir və onda qalır. Rəqqasın meyl bucağını tapın. Güllənin sürəti v-dir.
Məsələ 36. Sərtliyi k, uzunluğu l olan yay şaquli vəziyyətdə qoyulmuşdur. H yüksəklikdən m kütləli cisim yay üzərinə düşür. Aşağı hərəkəti zamanı kürə hansı maksimal sürət alar. Sürtünməni nəzərə almamalı
Məsələ 37. Radiusu R olan hamar yarımsfera üzərində qoyulmuş m kütləli cismə üfüqi istiqamətdə v sürəti verilir. Hansı hündürlükdə cisim sferadan ayrılar?
Məsələ 38. Cisim radiusu R olan kürənin təpə nöqtəsindən sürtünməsiz sürüşür. Cismin kürədən ayrılan anda sürətini tapın.
Məsələ 39. Qazın həcmi 2 dəfə artmışdır, Ι dəfə izotermik, ΙΙ dəfə izobarik olaraq, Bu hallarda qazın gördüyü işi müqayisə edin
Məsələ40. V1=10L həcmə malik P1=2•105 Pa təzyiqdə olan qaz iaotermik olaraq həminki V2=28L qədər artırır. Bu zaman nə qədər iş görmüşdür?
Məsələ41. m kütləli ideal qazın molyar kütləsi M-dir, tem-u T=αN2 ilə dəyişir. Qazın həcminin V1-dən V2-dək artdığı zaman görülən işi tapın. Bu zaman istilik udulur və ya ayrılır.
Məsələ 42. Daxilində havanın təzyiqi P0 olan qab, porşenli havasoran qurğuya qoşulub. Porşenin N addımından sonra qabda təzyiq P oldu. Qabın və havasoran qurğunun həcmləri nisbətini təyin edin.
Məsələ 43. Xətti sıxlığı olan R radisulu halqanın mərkəzində m kütləli q yükü tarazlıqdadır. Yükü halqanın müstəvisinə perpendikulyar istiqamətdə x qədər uzaqlaşdırıb buraxırlar (x<Məsələ 44. Maye layının daxili enerjisini təyin edin.
Məsələ 42. Paralel qoşulmuş mənbələrdən ibarət akkumulyatorun EHQ tapın
Məsələ 43. Bir-birində l məsafədə yerləşmiş q yüklərinin, onları birləşdirən düzxəttin ortasından keçən və ona perpendikulyar olan düz xətt üzərində sahənin intensivliyinin maksimum olduğu nöqtəni tapın.
Məsələ 44. Hidrogen qazı üçün orta kvadratik sürətin ən ehtimallı sürətindən Δv=400m/s qədər kiçik halı üçün tem-u təyin edin. Bu tem-da ədədi orta sürəti tapın.
Məsələ45. Müqaviməti R, radiusu r olan halqa dəyişən bircins maqnit sahəsində yerləşdirilib. Maqnit sahəsi t müddətinə sıfırdan B-ə kimi artır və t2 müddətində B-dən sıfra qədər azalır. Halqada ayrılan istilik miqdarını tapın.
Məsələ46. Şəkildə verilən çubuğun qərarlaşan sürətini və onda ayrılan gücü tapın. l naqilinin müqaviməti R-dir
Məsələ47. l uzunluqlu sapdan asılmış kütləsi m, sıxlığı ρ olan kürələr yükləndikdən sonra saplar arasındakı bucaq α oldu. Kürələr sıxlığı ρ0 dielektrik nüfuzluğu olan mayeyə salınarsa, saplar arasındakı bucaq neçə olar?
Məsələ48. İnduktivliklərin ardıcıl və paralel birləşməsi zamanı ümumi induktivliyi tapın.
Məsələ49. Yerin yer səthinə yaxın nöqtələrdə elektrik sahə intensivliyi 130N/kL-dur. Yerin mərkəzinə doğru yönəlmişdir. Yerin yükünü təyin edin.
Məsələ50. Yerin ekvatorunda maqnit sahəsinin induksiyası B=41μTl-dır. Protonun yerin maqnit sahəsində fırlanma sürətini tapmalı.
Məsələ51. Mail müstəvi səthində sürtünmə əmsalı nə qədər olmalıdır ki, cisim bərabər təcillə düşsün?
Məsələ 52. Maqnit induksiya vektoruna bucaq altında sahəyə daxil olan yükün hərəkət trayektoriyasını və parametrlərini təyin edin.
Məsələ 53. Kütləsi m olan l uzunluqlu naqil şaquli qoyulmuş relslər üzərində təması pozmadan sürüşür. Relslərarası məsafə l-dir. Aşağıdakı c tutumlu kondensatorla birləşmişlər. Naqilin hərəkət istiqmətinə perpendikulyar B maqnit sahəsi yaradılır. Naqilin təcilini tapın. Dövrənin müqavimətini və sürtünməni nəzərə almamalı. Sistem yerin cazibə sahəsindədir.
Sizə bütün həyatınızda
uğurlar arzulayıram.
|